Məşhur aktyorun qızı intihar etdi

Məşhur aktyorun qızı intihar etdi
744 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanadalı aktyor və yumor ustası Martin Şortun qızı Ketrin Elizabet Hartli Şort intihar edib.

Axşam.az xəbər verir ki, o, 42 yaşında dünyasını dəyişib. Ketrin Los-Ancelesdəki evində işçilər tərəfindən ölü tapılıb. Ölümün səbəbi intihar kimi qeyd olunub.

Qeyd edək ki, Ketrin həyatını ictimaiyyətə çox göstərməsə də, lisenziyalı sosial işçi kimi çalışıb və psixi sağlamlıq üzrə dəstək və icma işi ilə məşğul olub. O, psixologiya və gender tədqiqatları üzrə bakalavr dərəcəsini Nyu-York Universitetindən, sosial iş üzrə magistr dərəcəsini isə Cənubi Kaliforniya Universitetindən alıb.

Ketrin Martin Şort və onun mərhum həyat yoldaşı Nensi Dolman tərəfindən övladlığa götürülmüş üç uşağın ən böyüyü idi. Nensi Dolman 2010-cu ildə yumurtalıq xərçəngindən vəfat edib.