"İftar menyusu"nda bu gün

"İftar menyusu"nda bu gün
882 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Ət suyundan şorba

Ərzaqlar:
150 qram quzu budu (və ya istəyə görə mal əti)
6 stəkan su
1 soğan 

Şorba üçün:
2 xörək qaşığı kərə yağı
2 çay qaşığı duz (tənzimlənə bilər)
1 çay qaşığı qara istiot
3 xörək qaşığı un
2 stəkan soyuq su

Hazırlanması:
Sümüklü əti, 4 hissəyə doğranmış soğanı və suyu dərin bir qazana əlavə edin. Qazanı sobaya qoyun və ət bulyonu əldə etmək üçün qaynadın. Bulyon hazır olduqdan sonra, dad üçün əlavə edilmiş soğanları boşqaba çıxara və ya blenderlə xırda doğraya bilərsiniz. Qaynadılmış əti sümükdən ayırıb, xırdalayın. Ayrı bir qazana kərə yağı və un əlavə edin. Un çiy qoxusunu itirənə qədər qovurun. Qovrulan una soyuq su əlavə edin və topaqların qarşısını almaq üçün daim qarışdırın. Sonra doğranmış ət parçalarını və bütün bulyonu əlavə edin. Ədviyyatları da əlavə edin. Şorbanı daha 20 dəqiqə qaynadın. Hazırlanmış ət bulyonu şorbasının üzərinə qırmızı bibər səpərək süfrəyə verə bilərsiniz.

Qatıqlı köftə

Ərzaqlar:
500 qram qiymə mal əti
1 soğan
2 xörək qaşığı süzülmüş qatıq
2 xörək qaşığı çörək qırıntıları
1 yumurta
1-2 çay qaşığı duz
2 çay qaşığı qara istiot
1 az zirə

Üzəri üçün:
1 qab qatıq
2 xörək qaşığı kərə yağı
1 çay qaşığı qırmızı istiot tozu

Hazırlanması:
Köftə üçün bütün inqrediyentləri dərin bir qaba qoyun. Yaxşıca yoğurun. Köftə qarışığından qoz böyüklüyündə parçalar götürün və əllərinizlə yumrulayın. Hazırladığınız köftələri yarım saat soyuducuda saxlayın. Sonra onları isti yağda qızardın. Yağı əridin, istiot əlavə edin və qarışdırın. Küftələri servis boşqabına qoyun. Qarışdırılan qatığı onların üzərinə tökün. İsti yağı əlavə edin və süfrəyə verin.

Süd halvası

Ərzaqlar:
1 stəkan un
3 xörək qaşığı kərə yağı
1 stəkan şəkər tozu
1 litr süd
1 paket vanil

Hazırlanması:
Unu yağda səbrlə qovurun. Çox qaralmamalı və düyünlənməməlidir. Ətir çıxdıqdan sonra, daim qarışdıraraq, süd və şəkəri yavaş-yavaş əlavə edin. Qaynadıqdan sonra vanil əlavə edin və sobaya qoyacağınız saxsı qaba tökün. Sobaya düzün və yanına bir qab su qoyun. Üstü qızarana qədər bişirin. Süd halvasını sobaya qoymazdan əvvəl qarışıq qaynadılmalı və qatılaşdırılmalıdır. Üzərinə qovrulmuş fındıq tökə bilərsiniz.