Axşam.az "İftar menyusu"nu təqdim edir:
Mərciməkli toyuq şorbası:
Ərzaqlar:
1 çay stəkanı qırmızı mərcimək
1 ədəd toyuq filesi (və ya bud)
1 ədəd soğan
1 ədəd kök
1 ədəd kartof
1 x.q kərə yağı və ya zeytun yağı
1 x.q tomat pastası (istəyə görə)
Duz, qara istiot
Yarım ç.q zerdeçal
1,5 litr su və ya toyuq bulyonu
Hazırlanması:
Qazanda yağı qızdırın, xırda doğranmış soğanı əlavə edib yüngül qovurun. Üzərinə kub şəklində doğranmış kök və kartofu əlavə edin. Yuyulmuş mərciməyi və doğranmış toyuğu əlavə edin. Su və ya bulyonu töküb qaynamağa qoyun. Qaynadıqdan sonra tomat pastası, duz, istiot və zerdeçal əlavə edin. Orta odda 25-30 dəqiqə bişirin. Sonda blenderdən keçirə bilərsiniz.

Bal və soya souslu mal əti
Ərzaqlar:
500 q mal əti (bud və ya filə, iri kub şəklində doğranmış)
2 x.q soya sousu
1 x.q bal
2 diş sarımsaq (əzilmiş)
1 x.q zeytun yağı
1 ç.q qara istiot
1 ç.q duz
1 ç.q qırmızı bibər tozu
1 ədəd soğan (halqa-halqa doğranmış)
1 ədəd qırmızı bibər
1 x.q limon suyu
Cəfəri və ya göy soğan (bəzək üçün)
Hazırlanması:
Mal ətini soya sousu, bal, sarımsaq, qara istiot, duz və qırmızı bibər tozuyla qarışdırın. 1-2 saat soyuducuda saxlayın (ideal olaraq gecədən gecəyə). Tava və ya qril tavasını qızdırın, zeytun yağını əlavə edin. Əti tavadakı yağda hər tərəfi qızarana qədər qovurun. Soğan və bibəri əlavə edib 3-4 dəqiqə birlikdə qovurun ki, yumşalsın, amma rəngi qalsın. Limon suyunu əlavə edin, yaxşı qarışdırın. Üzərinə cəfəri və ya göy soğan səpin.

Qozlu bal şirniyyatı
Ərzaqlar:
1 stəkan xırda doğranmış qoz
3 x.q bal
1 x.q kərə yağı
1/2 ç.q darçın (istəyə görə)
4-5 ədəd biskvit və ya peçenye (qırılmış)
Üzərini bəzəmək üçün şəkər tozu və ya fındıq
Hazırlanması:
Kiçik bir tavada kərə yağını əridin. Üzərinə qozu əlavə edib 2-3 dəqiqə qovurun ki, qoxusu çıxsın. Bal və darçını əlavə edib qarışdırın. Qırılmış biskvitləri və ya peçenyeləri qarışığa əlavə edin, yaxşıca qarışdırın. Kiçik kasalara qoyun, üstünə əlavə qoz və ya şəkər tozu səpin. İstəsəniz bir neçə dəqiqə soyuducuda saxlayıb servis edə bilərsiniz.
