Tələbələrin fotolarını yayan şəxs saxlanıldı

Tələbələrin fotolarını yayan şəxs saxlanıldı
3710 dəfə oxunub
  • A-
  • A
  • A+

BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.

Axşam.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbə sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyini iddia edirdi.