Türkiyəli müğənni Murat Dalkılıç 13 dəfə burnundan əməliyyat olunub.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb. İfaçı bildirib ki, məlum səbəblərdən saxlanılıb, ardınca sərbəst buraxıldıqdan sonra əməliyyat masasına uzanıb. O, əlavə edib ki, narkotiklə bağlı verdiyi testlərin nəticələri də mənfi çıxıb.
Murat açıqlamasında saxlanıldığı vaxt bütün medianın bunu manşet etdiyini, lakin test nəticələrinin yalnız bir neçə qəzetdə yayımlandığını qınayıb.

