Müğənni İranın atdığı raketlərə görə Bakıya qayıda bilmir

Müğənni İranın atdığı raketlərə görə Bakıya qayıda bilmir
2975 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Mirzəzadə də İran-İsrail müharibəsinə görə Bakıya qayıda bilmir. 

Axşam.az-a açıqlama verən sənətçi hazırda Tailandda olduğunu bildirib. O qeyd edib ki, İranın atdığı raketlərə görə onun da uçuşu təxirə salınıb:

"Bakıya uçuşumuz Şarjadan (Birləşmiş Ərəb Əmirlikləri) olduğu üçün qalmışam Tailandda. Alternativ bir ölkəyə uçuş etmirlər. Ekstra təzminat ödəmirlər. Otel xərcləri də ödənilmir. Özümüz əgər istəsək başqa ölkələrdən tranzit uçuşla bilet ala bilərik. Buradan Türkiyə və Özbəkistandan uçuşlar mümkündür. O da ayın 11-nə qədər bilet qiyməti 4-6 min manat dəyərinədir. İki insan üçün bu qədər pul ödəmək olmur".