Kübra Əliyeva evində ziyarət olunub

Kübra Əliyeva evində ziyarət olunub
4718 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyinin nümayəndələri martın 3-də Əməkdar artist, Prezidentin fərdi təqaüdçüsü Kübra Əliyevanı evində ziyarət ediblər.

Axşam.az xəbər verir ki, mədəniyyət nazirinin müavini Murad Hüseynov Kübra Əliyevanın sənət yolundan danışıb, onun tamaşa və filmlərdə bir-birindən maraqlı obrazlar qalereyası yaratdığını deyib.

Aktrisanın səhnə uğurlarını ekranda da təkrarladığı, həyat verdiyi obrazların geniş tamaşaçı kütləsi tərəfindən maraqla qarşılandığı vurğulanıb. Qeyd olunub ki, sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.