Uşaqlarda piylənmə ilə bağlı xəbərdarlıq

Uşaqlarda piylənmə ilə bağlı xəbərdarlıq
706 dəfə oxunub
  • A-
  • A
  • A+

Ümumdünya Piylənmə ilə Mübarizə Federasiyası yeni hesabatında xəbərdarlıq edib ki, təcili və genişmiqyaslı tədbirlər görülməsə, 2040-cı ilə qədər 5–19 yaş arası 227 milyondan çox uşaq və yeniyetmə piylənmədən əziyyət çəkəcək.

Axşam.az xəbər verir ki, hesabata görə, yarım milyarddan çox uşaq artıq çəki problemi ilə üzləşəcək.

Ekspertlər bildirirlər ki, həmin vaxta qədər ən azı 120 milyon məktəbyaşlı uşaq artıq bədən kütlə indeksi (BKI) səbəbindən erkən ürək-damar xəstəliklərindən hipertoniya və digər pozulmaların ilkin əlamətlərini göstərəcək.

Problemin coğrafi paylanması qeyri-bərabərdir. Uşaqlar arasında yüksək BKI sayına görə lider ölkələr Çin (62 milyon) və Hindistandır (41 milyon). ABŞ-də belə uşaqların sayı 27 milyon, Böyük Britaniyada isə 3,8 milyon nəfərdir ki, bu, Fransada və İtaliyadakı rəqəmdən iki dəfə çoxdur.

2040-cı ilə qədər Böyük Britaniyada 370 min uşağın ürək-damar xəstəlikləri, 271 min uşağın isə hipertoniya əlamətləri göstərəcəyi gözlənilir. Uşaq piylənməsi sürətlə əsasən aşağı və orta gəlirli ölkələrdə artır, ən yüksək nisbət isə Sakit Okean regionunun qərb hissəsi və Amerikada müşahidə olunur.