Naxçıvana hücumda xəsarət alanlardan üçü evə buraxıldı

Naxçıvana hücumda xəsarət alanlardan üçü evə buraxıldı
568 dəfə oxunub
  • A-
  • A
  • A+

İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində Naxçıvan Hava Limanında xəsarət alanlardan 3-ü evə buraxılıb.

Axşam.az APA-ya istinadən xəbər verir ki, yalnız Cəfərov Əsəd Vidadi oğlunun xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.