Azərbaycan və İran yük maşınlarının buraxılışına başlanıldı

Azərbaycan və İran yük maşınlarının buraxılışına başlanıldı
1950 dəfə oxunub
  • A-
  • A
  • A+

Məlumat verildiyi kimi, Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.

Axşam.az-ın məlumatına görə, Nazirlər Kabinetindən bildirilib ki, bununla əlaqədar hazırda İrandan Azərbaycana qayıdan Azərbaycana məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İrana məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhəd buraxılış məntəqələrindən buraxılışına başlanılıb.