Oğuzda mədəniyyət evi yandı

Oğuzda mədəniyyət evi yandı
359 dəfə oxunub
  • A-
  • A
  • A+

Oğuzda mədəniyyət evində yanğın baş verib. 

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarabulaq kənd mədəniyyət evində qeydə alınıb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 280 k/m-lik inzibati binanın üç otağının yanar konstruksiyaları və dam örtüyünün 280 k/m sahəsi tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.