Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır
701 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Axşam.az xəbər verir ki, Bakı məscidlərində saat 08:00-09:00 arasında bayram namazı qılınacaq.

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqvimin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Qeyd edək ki, bu il Azərbaycanda ramazan ayı fevralın 19-dan başlayıb.