Məşhur aktyor 54 yaşında vəfat etdi

Məşhur aktyor 54 yaşında vəfat etdi
1181 dəfə oxunub
  • A-
  • A
  • A+

"Buffy the Vampire Slayer" serialındakı rolu ilə tanınan aktyor Nikolas Brendon vəfat edib.

Axşam.az xəbər verir ki, serialda Hander Harris obrazı ilə tanınan Brendon 54 yaşında dünyasını dəyişib. Ailəsi onun ölümünü sosial mediada paylaşıb.

"Qardaşımız və oğlumuz Nikolas Brendonun vəfatını böyük kədərlə elan edirik" deyə, paylaşımda yazılıb.

Nikolas Brendonun ailəsi əlavə edib ki, aktyor yuxuda vəfat edib.