Müğənni İradə İbrahimova yeni mahnısını və klipini təqdim edib.
Axşam.az xəbər verir ki, sənətçi bu dəfə "Dünya gözəl səninlə" adlı mahnı üçün kamera qarşısına keçib.
Bəstənin sözləri Tural Xaniyə, musiqisi isə Fərid Kərimliyə məxsusdur. Türkiyədə lentə alınan ekran işinin rejissorluğu Orçun Mutluya həvalə edilib.