Türkiyəli aktrisa Hare Sürelin yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, son olaraq "Çukur"da çəkilən aktrisa "İstanbul hatırası"nda rol alacaq. O, layihədə "Güzide" obrazını canlandıracaq.
Qeyd edək ki, "Netflix" platformasında yayımlanacaq ekran işində baş rolları Nejat İşler "Nevzat", Bilal Yiğit Koçak "Əli", Simay Barlas isə "Zeynəb" obrazını canlandıracaq.
