Ay ətrafından Yer belə görünür

Ay ətrafından Yer belə görünür
1724 dəfə oxunub
  • A-
  • A
  • A+

NASA astronavtları 54 ildən sonra ilk dəfə Ay istiqamətində uçuş zamanı "Orion" kosmik gəmisinin göyərtəsindən Yer kürəsinin tam görüntüsünü qeydə alıblar.

Axşam.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi "X" sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda “Biz planetimizi bütöv şəkildə, mavi və qəhvəyi rənglərin möhtəşəm harmoniyası ilə işıqlanan halda görürük... Hamımız birlikdə astronavtlarımızın Aya doğru səfərini izləyirik” sözləri qeyd olunub.

Qeyd edək ki, "Artemis II" missiyası zamanı yalnız Ayın ətrafında uçuş planlaşdırılıb. Ay səthinə eniş isə növbəti mərhələ — Artemis III missiyasında həyata keçiriləcək.