Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!
500 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Qeyd olunub ki, 4 aprel saat 07:00-dək Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan hissədə təmir işləri icra olunacaq. Bu səbəbdən ərazidə hərəkət məhdudlaşdırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur" deyə, məlumatda bildirilib.