“Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı” - Video

“Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı” - Video
1885 dəfə oxunub
  • A-
  • A
  • A+

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu televiziya verilişlərinin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşdığı videoda danışıb:

"İndi verilişlər necə də gözəl olub. Gözəl musiqi, mahnılar, bir-birinə sataşmırlar, dava etmirlər. Pis əməllərini ortaya qoymurlar. Yaxşı ki, səviyyəsiz verilişlər yığışdırıldı. Bir-iki verilişdən başqa qalanları səviyyəsiz idi".

Qeyd edək ki, bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayətqızı, Zaur Kamal Zaur Baxşəliyev, Elgiz Əkbər, Zaur Nəbioğlu və Tarix Əliyevin (Tolik) verilişinin yayımı dayandırılıb.