“Diesel”in yaradıcısı vəfat etdi

“Diesel”in yaradıcısı vəfat etdi
562 dəfə oxunub
  • A-
  • A
  • A+

İtalyan modelyer və "Diesel" brendinin qurucusu Adriano Qoldşmid vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə "WWD" məlumat yayıb.

Məşhur dizayner ötən gün 82 yaşında dünyasını dəyişib. Onun ölümünə səbəb uzun müddət mübarizə apardığı xərçəng xəstəliyi olduğu bildirilir.

Qeyd edək ki, moda sənayesində Adriano “denimin xaç atası” kimi tanınırdı. O, dizaynerlik fəaliyyətinə 1974-cü ildə başlayıb. İlk olaraq "Daily Blue" adlı cins brendini yaradıb, daha sonra isə 10 il sonra "Genious Group" şirkətini təsis edib. Bu şirkətə "Diesel" və "Replay" kimi məşhur markalar daxil idi.