Kardi Bi-nin keçmiş reper əri güllələndi

Kardi Bi-nin keçmiş reper əri güllələndi
422 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı reper Offset ötən gün güllələnib.

Axşam.az xəbər verir ki, reperin Florida ştatının hotel yaxınlığında güllələndiyi bildirilib. Tez bir zamanda xəstəxanaya çatdırılan Offsetin vəziyyəti hazırda stabildir.

Polisin açıqlamasına görə, hadisə ilə bağlı iki nəfər saxlanılıb və araşdırma aparılır.

Xatırladaq ki, Offsetin reper əmisi oğlu Takeoff 2022-ci ildə güllələnərək öldürülüb.

Qeyd edək ki, Offset əvvəllər Kardi Bi ilə evli olub və onların birgə üç övladı var. Offset ümumilikdə 6 uşaq atasıdır.