“Mən əfsanəyəm” qayıdır

“Mən əfsanəyəm” qayıdır
846 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mən əfsanəyəm” filminin ikinci hissəsi çəkiləcək.

Axşam.az xəbər verir ki, bu barədə "Collider" məlumat yayıb. Layihənin rejissoru Stiven Kepl Jr. olacaq. O, “Krid-2” və “Transformers: Heyvanların yüksəlişi” filmlərinin müəllifidir.

Filmdə baş rolu yenidən Uill Smit canlandıracaq. Ekran işində həmçinin Maykl B.Cordan da yer alacaq.

Ssenarist Akiva Qoldsman bildirib ki, ikinci film 2007-ci ildə çıxan “Mən əfsanəyəm” filminin alternativ sonluğuna əsaslanacaq:

Qeyd edək ki, filmdə Uill Smit ABŞ ordusunun virusoloqu "Robert Nevill" rolunu canlandırır. O, Nyu-Yorkda sağ qalan son insan kimi mutasiyaya uğramış varlıqlar arasında yaşayır və müalicə tapmağa çalışır. Filmdə "Robert"in yeganə dostu iti "Sem"dir.