2017-ci ildə "Miss Kainat" müsabiqəsinin qalibi olmuş 27 yaşlı kaliforniyalı Karolina Flores Qomez Mexiko şəhərinin ən elit bölgələrindən birində yerləşən mənzilində başından güllə yarası almış vəziyyətdə tapılıb.
Axşam.az xəbər verir ki, bu barədə Meksikanın "Reporte Indigo" nəşri məlumat yayıb.
Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, polis Floresin ölümündən bir gün sonra ünvana çağırılıb. Onun həyat yoldaşı Alejandro Qomezin çağırış üçün gecikməsi şübhələrə səbəb olub. İstintaqçılar hesab edir ki, qətl törədilən zaman Alejandro anası Erika Maria Qomezilə birlikdə evdə olub. Onlar şübhəli qismində saxlanılıblar.
Məlum olub ki, Karolina Alejandrodan boşanmaq istəyib. O, boşanma prosesindən bir gün əvvəl öldürülüb. Cütlüyün səkkiz aylıq bir uşağı var.
Binanın əməkdaşları isə elit yaşayış kompleksində nə atəş səsi, nə də qeyri-adi hərəkətlilik müşahidə etmədiklərini bildiriblər.