"Bu iynələr ziyandır" - Xoşqədəm "trend"ə qarşı çıxdı

"Bu iynələr ziyandır" - Xoşqədəm "trend"ə qarşı çıxdı
2317 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Xoşqədəm Hidayətqızı formada qalma sirrlərini bölüşüb. 

Axşam.az xəbər verir ki, aparıcı hər gün idman etdiyini bildirib. O, yürüşlə yanaşı boks və tennislə məşğul olduğunu göstərib. 

X.Hidayətqızı video yayımlayaraq "İynə, əməliyyatlarla arıqlamağa son verin. Sağlam yollarla arıqlayın. Vallah, o iynələr ziyandır. Fəsadlarını bir müddət sonra görəcəksiniz" xanımlara səslənib.

Qeyd edək ki, son günlər bir çox məşhur qarına vurulan iynə ilə arıqlama trendinə qoşulub.