"Fadime" onları məhkəməyə verəcək

"Fadime" onları məhkəməyə verəcək
786 dəfə oxunub
  • A-
  • A
  • A+

Türiyəli aktrisa Zeynəb Atılqan sosial media hesabında ona təhqir yazan izləyiciləri məhkəməyə verəcəyini açıqlayıb.

Axşam.az xəbər verir ki, aktrisa sözügedən məsələ ilə bağlı lazimi hüquqi addımların atılması üçün vəkilinə müraciət edib.

Zeynəb bildirib ki, ona dəyən mənəvi ziyana görə alacağı təzminatı Türkiyə Təhsil Fonduna bağışlayacaq.

Qeyd edək ki, aktrisa hazırda "Taşacak bu deniz" serialında "Fadime"yə həyat verir.