1 günlük Moskvada mobil internet tam söndürüləcək

1 günlük Moskvada mobil internet tam söndürüləcək
446 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvada mobil internet bir gün müddətinə tam söndürüləcək.

Axşam.az xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 9-da Moskvada mobil internetə, o cümlədən veb saytlarına giriş və SMS mesajlarına müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

"Evlərdə internet və Wi-Fi isə heç bir məhdudiyyət olmadan adi rejimdə işləməyə davam edəcək" deyə, məlumatda qeyd olunub.

Həmçinin, mayın 7-8-i tarixlərində şəhərdə mobil internetin məhdudlaşdırılması planlaşdırılmasa da, təhlükəsizlik təhdidləri yarandığı təqdirdə operativ məhdudiyyətlər tətbiq oluna bilər deyə, bəyanatda yazılıb.