İlon Mask və onun "X"ə qarşı istintaq başladı

İlon Mask və onun "X"ə qarşı istintaq başladı
357 dəfə oxunub
  • A-
  • A
  • A+

Paris Prokurorluğu dünyanın ən zəngin adamı İlon Mask və onun "X" şirkətinə qarşı ilkin araşdırmaya başlayıb.

Axşam.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Araşdırma platformanın alqoritmlərinin manipulyasiyası, istifadəçi məlumatlarından qanunsuz istifadə və zərərli kontentlərin yayılması iddiaları ilə bağlı aparılır.

Bildirilir ki, istintaq çərçivəsində “X” platformasının fəaliyyəti, eləcə də süni intellekt əsaslı “Grok” çat-botunun fəaliyyəti araşdırılır. Fransa hüquq-mühafizə orqanları platformada deepfake görüntülərin, nifrət nitqinin və qanunsuz məzmunun yayılması ilə bağlı iddiaları da nəzərdən keçirir.

Qeyd edək ki, bundan əvvəl Paris prokurorluğunun kibercinayətkarlıq bölməsi “X”in Fransadakı ofisində axtarış aparmışdı.