Məktəbdə beşinci sinif şagirdi bıçaqlandı

Məktəbdə beşinci sinif şagirdi bıçaqlandı
1602 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.

Axşam.az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 “q” sinifinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir – red.) məktəbin dəhlizində D. Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D. Əliyevin bacısı Y. Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y. Əliyeva əlindən bıçaq xəsarəti alıb.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır.