Oktay Çubuk əməliyyat olundu

Oktay Çubuk əməliyyat olundu
765 dəfə oxunub
  • A-
  • A
  • A+

Ürəyi dayanan və yenidən həyata qaytarılan türkiyəli aktyor Oktay Çubuk əməliyyat olunub.

Axşam.az xəbər verir ki, bu barədə 30 yaşlı aktyor sosial media hesabında paylaşım edib. O, hazırda vəziyyətinin yaxşı olduğunu və yaxın vaxtlarda xəstəxanadan evə buraxılacağını yazıb.

Qeyd edək ki, aktyor anası ilə istirahət üçün qaldıqları hotelin idman zalında məşq edərkən yerə yıxılıb. O, ilkin müdaxilə ilə həyata qaytarılıb və bir neçə gün reanimasiyada qalıb.

Oktay "Ah nerede", "Can borcu", "Adım Ferah", "Baba" kimi serialları ilə izləyicilərə tanışdır.