ABŞ-də yaşayan britaniyalı multimilyoner Coşua Pak Londondakı malikanəsində ölü tapılıb.
Axşam.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilib ki, evin xadiməçisi 51 yaşlı iş adamın meyitini boynunda ilgəkli vəziyyətdə yataq otağında aşkarlayıb.
İlkin məlumata görə, Pak həyat yoldaşı Jaklinlə birlikdə işləri ilə əlaqədar ABŞ-dən Böyük Britaniyaya köçmə hazırlaşırdı.
İstintaq zamanı xanımı Pakın uzun uçuşlardan sonra yaranan yorğunluq və iş stressindən əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, ölümündən əvvəl cütlük arasında aviabiletlərlə bağlı ciddi mübahisə yaşanıb. Jaklin əlavə edib ki, onlar həmin gün spirtli içki qəbul ediblər.
Məlum olub ki, Pak əvvəlcə Dallasa tək getməli imiş. Daha sonra həyat yoldaşı ilə birlikdə uçmaq qərarı verib. Lakin biletlərlə bağlı yaranan problem ər-arvad arasında mübahisəyə səbəb olub.
Məhkəmə-tibb ekspertin ilkin rəyinə görə, iş adamı intihar etməyib. Pakın təsadüfi hərəkəti nəticəsində ilgək boynuna dolanıb.
Qeyd edək ki, Coşua Pak “Fortress” adlı nəhəng investisiya şirkətinin rəhbəri olub. Şirkətin dəyərinin isə 50 milyard dollardır.