Ceki Çan Azərbaycana gəlir? - Foto

Ceki Çan Azərbaycana gəlir? - Foto
2006 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur aktyor Ceki Çan Azərbaycana gələ bilər.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Bildirilib ki, aktyorun iştirakı ilə "Tanrının yaraqları 4: Ultimatum" filminin çəkilişlərinin bir hissəsi Azərbaycanda baş tutacaq.

Ekran işinin rejissoru Robert Kun, prodüserləri isə Esmond Ren və İqor Tsaydır. Çəkilişlər iyulda başlayacaq və 2027-ci ilin ikinci rübündə filmin premyerasının təşkil olunması planlaşdırılır.

Filmin çəkilişləri Azərbaycanda və Qazaxıstanda aparılacaq.

Qeyd edək ki, bu film seriyası 1986-cı ildə "Tanrının yaraqları" filmi ilə başlayıb. Həmin filmdə Ceki Çan həm baş rolda oynayıb, həm də rejissorluq edib. Daha sonra 1991-ci ildə "Tanrının yaraqları 2: Kondor əməliyyatı" filmi ekranlara çıxıb.

Üçüncü hissə isə 2012-ci ildə "Çin bürcləri" adı ilə nümayiş olunub. Burada da Ceki Çan həm rejissor, həm də aktyor kimi iştirak edib.