Güclü külək əsəcək - Daha bir xəbərdarlıq

Güclü külək əsəcək - Daha bir xəbərdarlıq
998 dəfə oxunub
  • A-
  • A
  • A+

15-16-da Bakıda və Abşeron yarımadasında, 15-18-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Axşam.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bərdə, Tərtər, Naftalan, Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.