Bu şagirdin məktəbdə hər gün sinif yoldaşlarını döydüyü deyilir - Video

Bu şagirdin məktəbdə hər gün sinif yoldaşlarını döydüyü deyilir - Video
2230 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda şagirdin digər məktəbliləri döydüyü iddia olunur.

Axşam.az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin 271 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.

Təhsil müəssisəsindən əldə edilən məlumata görə, N.A. adlı şagird, demək olar ki, hər gün məktəblilərə fiziki şiddət göstərir.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Qeyd edək ki, ötən ilin əvvəlində (2025-ci ilin fevral ayında) də sözügedən məktəbdə şagirdlər arasında insident görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.