Kadir İnanır reanimasiyaya yerləşdirildi

Kadir İnanır reanimasiyaya yerləşdirildi
808 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yeşilçam"ın ulduzu Kadir İnanırın yenidən səhhəti pisləşib.

Axşam.az xəbər verir ki, aktyor ağciyərindəki infeksiya səbəbindən ötən gün reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, 2021-ci ilin sonu parkda gəzən zaman halı pisləşən Kadir İnanır xəstəxanaya çatdırılmışdı. Aktyorun qəfildən vəziyyətinin pisləşməsinə səbəb beyin damarında yaranan laxtalanma olmuşdu. Aktyorun bədəninin 80 faizinin iflic olma riski ilə qarşı-qarşıya qaldığı açıqlanmışdı.