Final başladı - Video

Final başladı - Video
830 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Avroviziya-2026" mahnı müsabiqəsinin finalı başlayıb.

Axşam.az-ın məlumatına görə, gecədə 25 ölkə birincilik uğrunda mübarizə aparacaq.

Finala vəsiqə qazanan ölkələr Yunanıstan, Finlandiya, Belçika, İsveç, Moldova, İsrail, Serbiya, Xorvatiya, Litva, Polşa, Bolqarıstan, Ukrayna, Norveç, Avstraliya, Rumıniya, Malta, Kipr, Albaniya, Danimarka və Çexiyadır.

Fransa, Almaniya, İtaliya, Birləşmiş Krallıq və ev sahibi Avstriya isə birbaşa finala qatılacaq ölkələrdir.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Jiva finala vəsiqə qazana bilməyib.