Bakı-Tbilisi qatarında plaskart vaqonlar olmayacaq

Bakı-Tbilisi qatarında plaskart vaqonlar olmayacaq
1093 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda plaskart tipli vaqonlar olmayacaq.

Axşam.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq.

Qeyd edək ki, qatarlar yataq tipli vaqonlardan ibarət olacaq. Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri isə Bakı-Tbilisi: 81 AZN-dən, Yevlax-Tbilisi: 67 AZN-dən, Gəncə-Tbilisi: 62 AZN-dən, Ağstafa-Tbilisi: 57 AZN-dən, Böyük Kəsik-Qardabani: 51 AZN-dən başlayır.