Samir Piriyev “Lider”də aparıcılıq etdi – video
Müğənni Samir Piriyev aparıcılıq edib.
Axşam.az-ın məlumatına görə, sənətçi “Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin növbəti aparıcısı olub.
O, “Top 10”luq rubrikasını özünəməxsus formada təqdim edib. Rubrikada yenilik Samir Piriyevin “I love you baby” mahnısına çəkdirdiyi klip olub. Xalq artisti Nisə Qasımova isə “Nostalji” mahnısı ilə həftənin birincisi seçilib.
“Bu saat” verilişinin müəllifi Nail Naiboğludur.