Zülfiyyə və Miri Yusif birinci oldu

Zülfiyyə və Miri Yusif birinci oldu
1815 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan “Onlar” verilişinin “Top 10” rubrikasının həftəlik nəticələri açıqlanıb.

Axşam.az-ın məlumatına görə, "10-luğ"a yeni kliplər daxil olub. Müğənni Nadir Qafarzadənin “Göndər” mahnısına çəkdirdiyi klipi onuncu olub.

Günay İbrahimlinin qalmaqallı klipi - “Dəlisiyəm gecənin” doqquzuncu seçilib.

Müğənni Elvin Abdullayevin “Ayrılıb gedirsən” klipi səkkizinci, Röya Ayxanın “Mən sənsiz”i yeddinci, Abbas Bağırovun “Yaxşı ki varsan” ekran işi altıncı, Zamiq Hüseynovun “Gör nələr oldu” klipi beşinci, Rəqsanənin “Alma məndən gözlərini” dördüncü, “Dostlar” qrupunun “Mən”i üçüncü seçilib.

Müğənni Azəri Günel Zeynalovanın “Hər şeyə dəyər” klipi həftənin ikincisi olub. “Top 10”luqda ən çox bəyənilən və birinci edilən isə Zülfiyyə Xanbabayeva və Miri Yusifin “İki doğma insan” mahnısına çəkilmiş ekran işidir.

Qeyd edək ki, həftə ərzində “Onlar”ın “Facebook” səhifəsinə (https://www.facebook.com/10LAR ) daxil olmaqla bəyəndiyiniz klipə səs verib birinci edə bilərsiniz.