Paytaxtda maraqlı hadisə yaşanıb.
23 yaşlı gənc Fərhad sevdiyi qıza doğum günü sürprizi hazırlayıb. Fərhadla ticarət mərkəzlərindən birinə gələn Elnarəyə tanımadığı adamlar hətta mağazaların işçiləri rəngli şarlar və çiçəklər bağışlayıb. Nağıllar aləminə düşən Elnarəyə pilləkənlərdə rastlaşdığı insanlar da xoş arzular diləyib və hədiyyələr veriblər. Sonuncu mərtəbədə dostlarının sevgi şüarları ilə qarşılanan gənclər unudulmaz bir gün yaşayıb.
Axşam.az həmin görüntüləri təqdim edir: