"Sevgilim xaricdə yaşayır" - əməkdar artist+video

"Sevgilim xaricdə yaşayır" - əməkdar artist+video
2304 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Almaz Ələsgərlinin sevgilisi xaricdə yaşayır.

Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə “Onlar” verilişinə açıqlamasında deyib.

O bildirib ki, hazırda özünü çox xoşbəxt hiss edir:

“Yüz dəfə xoşbəxtəm. Mən sevməliyəm. Həyat, təbiət bizi belə yaradıb. Əgər qadın sevməsə, o gülməz, yaşamaz, özünə baxa bilməz və solmuş gülə çevrilər. Bəli, torbada pişik var. İnsana ruh verən sevgidir”.

Müğənninin sözlərinə görə, qızları onun bu sevgisinə qısqanclıqla yanaşmırlar:

“Mənim gözəl balalarım var, onlarla fəxr edirəm. Övladlarım mənim xoş günlərimi görmək istəyirlər. Deyirlər ki, qoy anamız gülsün, danışsın , yesin, kef eləsin. Mən hər kəsə belə övladlar arzu edirəm. Burada nə eyib bir iş var ki? Qadının sevdiyi bir insan olmalıdır. Başım aşağı deyil. İnsan öz qururunu, ailəsini qorumalıdır. Həyatda atdığım addımlardan razıyam. Əyri hərəkətlərim olmayıb”.

Sənətçi həmçinin yeni mahnılar üzərində işlədiyini deyib:

“Tənbəllik mənlik deyil. Mahnılar üzərində işləyirəm. Tural Bakuvinin yeni bəstəsini lentə aldırmışam”.