"Lider" telekanalında yayımlanan "Bu saat" proqramının növbəti aparıcısı prodüser Anar Mədətov olub.
Axşam.az-ın məlumatına görə, o, verilişin "Top 10" rubrikasını özünəməxsus formada təqdim edib. Müğənni Samir Piriyevin “I love you baby" adlı mahnısına çəkdirdiyi klipi həftənin onuncusu seçilib. "Top 10"luğun birincisi isə xalq artisti Nisə Qasımovanın “Nostalji" klipi olub.
Qeyd edək ki, "Bu saat" verilişinin müəllifi rejissor Nail Naiboğludur.