Gördüyünüzə inanmayacaqsınız - fotodur, yoxsa rəsm? - video

Gördüyünüzə inanmayacaqsınız - fotodur, yoxsa rəsm? - video
4380 dəfə oxunub
  • A-
  • A
  • A+

İzləyəcəyiniz bu videoda rəssam mərhum aktyor Robin Uilyamsın portretini çəkir.

Axşam.az-ın xarici mətbuata istinadən təqdim etdiyi bu görüntülərdə portretin foto, yoxsa əl işi olduğunu ayırmaq çox çətindir.

Qeyd edək k, ABŞ aktyoru, "Oskar" mükafatı laureatı Robin Uilyams bu ilin avqustun 11-də 63 yaşında intihar edib.

Robin Uilyams «Missis Dautfayr», «Qudzon üzərində Moskva», «Cumanci» bədii filmləri və çoxsaylı cizgi filmlərinin səsləndirilməsi ilə məşhurdur.

Onun namizədliyini «Sabahın xeyir, Vyetnam» və «Ölü şairlər cəmiyyəti» filmlərindəki rollarına görə iki dəfə «Oskar» mükafatına irəli sürüblər. Lakin Uilyams «Oskar»ı bu filmlərə görə deyil, 1997-ci ildə çəkilən «Ağıllı Uill Hantinq» filmindəki ikinci plandakı roluna görə alıb.