Dahi Avstriya bəstəkarı Volfanq Amadey Motsartın yeni tapılan əsəri onun öz ev-muzeyində - öz fortepianosunda ifa edilib.
Axşam.az “azadlıq.org” saytına istinadən məlumat verir ki, əsər bir müddət əvvəl Tirol şəhərində dünyasını dəyişmiş qoca kilsə musiqiçisinin arxivindən tapılıb.
Arxivi tədqiq edən Tirol Musiqi Araşdırmaları İnstitutunun alimi Hildegard Herrmann-Şneyd üzərində "1780-ci il" qeydi olan əllə yazılmış kitab aşkarlayıb.
12-14-cü səhifələrdə o, “allegro molto (italyanca “çox cəld”) qeydli si major sonatası tapıb. Sonatanın müəllifi kimi “Del Signore Giovane Wolfgango Mozart”, yəni "Gənc cənab Volfanq Motsart” göstərilib.
“Wolfgango” Motsartın atasının adı idi. Araşdırmaçı kitabda oxşar imza ilə başqa musiqi əsərləri də tapıb. Müasir elm onları Motsartın əsərləri kimi tanıyır. Sonata isə indiyəcən elmə məlum olmayıb.
Bəstənin üslubu və səviyyəsinə görə araşdırmaçılar onun 1767-ci ildə yazıla biləcəyini güman edirlər. Yəni Motsartın 11 yaşı olanda. Motsart si majordan tez-tez istifadə edirdi.
Kitabın isə 18-ci əsrin sonlarında Zalsburqda (Motsartın doğulduğu şəhərdə) musiqi gimnaziyasında təhsil almış, kilsə xorunda oxumuş Hermann Şneyderə aidliyi aşkar edilib.
Həmin əsəri dinləyə bilərsiniz: