Müğənni Sevinc Musayeva “Qızılgülüm” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, sözləri millət vəkilləri Eldar Allahyaroğlu, musiqisi Novruz Aslana aid olan bəstənin ekran həlli rejissor Nail Naiboğluna həvalə edilib. Klipdə qızılgüllər arasında görüntülənən Sevinc xüsusi libas da tikdirib. Müğənninin paltarını modelyer Şəlalə hazırlayıb.