Roluna görə üzünü doğradı, dişini çəkdi – video+fotolar

Roluna görə üzünü doğradı, dişini çəkdi – video+fotolar
2322 dəfə oxunub
  • A-
  • A
  • A+
Nemfomanyak” filminin ulduzu Şia LaBeouf tamaşaçıları rolunun “həqiqi” olduğuna inandırmaq üçün üzünü və əllərini bıçaqla kəsib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı aktyor hətta ön dişlərindən birini də çəkib. Həmkarı Loqan Lerman Şianın çılğınlığı haqda bunları söyləyib:

“Bir gün çəkiliş məkanında mənə “Sənə gülməli bir şey göstərəcəm” dedi və cibindən çıxardığı bıçaqla üzünü doğradı. Əsgər rolunu canlandırdığı üçün hətta həftələrlə duş qəbul etmir”.

Filmdə baş rolda çəkilən Hollivud ulduzu Bred Pitt isə “Özünü işinə bu dərəcədə həsr edən aktyor görmədim. Şia işlədiyim ən yaxşı həmkarlarımdan biridir”, - deyə məsələyə münasibət bildirib.