Dilarə Əliyeva niyə bu hala qaldı? - video+fotolar
Klip
18:22 / 10.10.14
7658dəfə oxunub
A-
A
A+
Əməkdar artist Dilarə Əliyeva yeni layihə hazırlayıb.
Axşam.az-ın məlumatına görə, “Səs verməyin” adlanacaq şounun əsas tapıntısı fərqli SMS formasıdır. Belə ki, veriliş başlayan zaman meydanın mərkəzində üstü parça ilə örtülmüş bir qurğu qoyulacaq.
Aparıcı tamaşaçıları salamladıqdan sonra parça təntənəli şəkildə açılacaq və məşhur simalardan birinin qurğuda əyləşdiyini görəcəyik. Bu andan etibarən şounun şərtləri açıqlanacaq. SMS nömrəsi elan olunacaq və teleməkanda ilk dəfə olaraq, aparıcı tamaşaçılardan ekranda gördükləri SMS nömrəsinə mesaj göndərməməyi xahiş edəcək. Çünki, lazımi qədər SMS yığılarsa, o zaman qurğu işə düşür və məşhur “işgəncələrə” məruz qalır. Bu zaman qurğunun yuxarısından qonağın üstünə boya və ya zəhərsiz ilanlar, iri siçovullar töküləcək. Təbii ki, məşhurun təhlükəsizliyi qorunacaq. Televiziya layihəsi ATV kanalında yayımlanacaq.