4 həmyerlimiz “O səs Türkiyə”də - videolar

4 həmyerlimiz “O səs Türkiyə”də - videolar
6188 dəfə oxunub
  • A-
  • A
  • A+
“O səs Türkiyə” yarışmasında daha üç həmyerlimiz öz ifaları ilə münsifləri heyran qoyub.

Axşam.az-ın məlumatına görə, türkiyəli müğənni Orxan Gəncəbayın “Gitti de gitti” mahnısını oxuyan İsmayıl Qubliyev adlı iştirakçı münsiflərdən Gökhan Özoğuzun komandasında, Tofiq Quliyevin “Yalqızam, yalqız” bəstəsini səsləndirən Tamara Muradova isə Məzhər və Özkanın komandasında yarışacaq.

“Məhəbbət bağı” mahnısını oxuyan İbrahim Əlizadə adlı həmyerlimiz isə növbəti mərhələyə keçə bilməyib.

Xəbər verdiyimiz kimi, azərbaycanlı müğənni Aygün İsmayılova Miyak da yarışmaya qatılmış, münsiflərdən Məzhər və Özkanın komandasında iştirak etməyi seçmişdi