ANS-in aparıcısı Aytən Səfərova “Salam Azərbaycan” verilişində müğənni Nadir Qafarzadəni əməkdar artist kimi təqdim edib.
Axşam.az-ın məlumatına görə, aparıcı daha sonra sənətçinin “Fort Boyard” yarışmasından yayılan videosunu ələ salıb:
“Azərbaycanın əməkdar artistidir, Nadirə buradan salam deyirəm. Hər zaman düz danışandır. Soruşanda qorxmursan, belə danışırsan, cavab verir ki, nədən qorxum? Şücaətli insandır, amma... Qonşu telekanallardan birində yayımlanan “Fort Boyard” verilişində üzləşdiyi bir problemin videosu yayılıb. Sosial şəbəkələrdə ən çox müzakirə olunan video olub. Qaydaya uyğun olaraq, açarı tapmaq üçün iştirakçılar tərəfindən müxtəlif tapşırıq yerinə yetirilməlidir. Nadir Qafarzadəyə verilən tapşırıq kişi üçün normal idi. Şüşənin içinə su dolan zaman çıxan canlılar və ilan Nadirin gözlənilməz görüntüsünə səbəb olub. Belə səsləri ancaq marallar çıxarır”.