Məşhur aktyordan gözlənilməz şou – video

Məşhur aktyordan gözlənilməz şou – video
1226 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur rok ifaçısı Merilin Manson Los-Ancelesdəki konserti zamanı sürprizlə qarşılaşıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, konsert zamanı Hollivud ulduzu Conni Deppin gözlənilmədən səhnəyə çıxması ifaçını təəccübləndirib. C.Depp Manson ‘’Beautiful People’’ (“Gözəl insanlar”) mahnısını oxuyarkən onu gitarası ilə müşayiət edib. Tamaşaçılar göstərilən şoudan olduqca əyləniblər.

Qeyd edək ki, “Karib dənizinin quldurları” filminin Kapitan Ceki olan Conni 90-cı illərdən musiqi ilə maraqlanır. O, müxtəlif həvəskar qruplarda gitara və kontrabas çalıb.