Hülya Avşar keçmiş həyat yoldaşı ilə - fotolar

Hülya Avşar keçmiş həyat yoldaşı ilə -  fotolar
2766 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Hülya Avşarın bacısı Helin Avşar özünə ad günü keçirib. Məclisə H.Avşarın keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu da qatılıb.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, Hülya və Kayanın qızları Zəhra ilə çəkdirdikləri fotoları Helin İnstaqramda paylaşıb. Şəkilləri görən aktrisa Nilgün Belgün özündən çıxıb. O, qəza keçirdiyini bəhanə edib verilişinə qatılmayan Kaya ilə bağlı sosial şəbəkədə bunları yazıb:

"Kaya bəy Fox TV-dəki verilişimdə qonağım olacaqdı. "İdman edərkən yıxıldım, gözüm zədələndi" deyib, efirə gəlmədi. İnstaqramda isə əyləndiyini gördüm. Məni çətin vəziyyətdə qoydu. Bunu ona yaraşdırmadım".

Qeyd edək ki, Çilingiroğlunun verilişə qatılmamasına səbəb kimi TRT ilə müqavilə imzaladığı, mövsüm sonuna qədər heç bir proqrama qatıla bilməyəcəyi göstərilir.