ANS-də yayımlanan “Adam içində” verilişinin dünənki buraxılışında xoşagəlməz anlar yaşanıb.
Axşam.az-ın məlumatına görə, əməkdar artist Vaqif Mirzəyevlə verilişin əməkdaşlarından olan jurnalist Afət Rahilqızı arasında mübahisə düşüb.
Klarnet ifaçısı jurnalisti onun haqqında yalan xəbər yaymaqda, biabır etməkdə ittiham edib:
“Müsahibəni 2 ay əvvəl vermişəm. Məndən icazəsiz efirə veriblər. Haqqımda şayiələr yaymısız. Mən qalmaqal adamı deyiləm. Afət xanım zəng etdi, müsahibə aldı. Dedi evinizdəki əşyalarınızı satışa çıxarmısınız. Dedim xəstəm var, klinikaya gedirəm. Sonra danışarıq. Sabahı gün dostlar yığıb ki, sizi efirdə biabır ediblər”.